AZ

COP for Hope: AİB COP29-da fəal iştirak edir və iqlim tədbirlərini sürətləndirmək üçün təcrübəsini bölüşür – Vitse-prezident (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Avropa İnvestisiya Bankının(AİB) vitse-prezidenti Ambruaz Fayoldır.

COP29 çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə Ambruaz Fayol bankıntədbirdəki fəal iştirakını vurğuladı.

"Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının maliyyəalətidir. Artıq ardıcıl üçüncü ildir ki, investisiyalarımızın50%-dən çoxu iqlim dəyişikliyi ilə mübarizəyə və ekolojidayanıqlığın təmin olunmasına yönəldilir. 2023-cü ildə bu rəqəmtəxminən 50 milyard avro təşkil edib. Həmişə olduğu kimi, AİBTərəflər Konfransının sədrliyi ilə sıx əməkdaşlıq edərək əsasenerji sektorlarında öz təcrübəsini bölüşür. Xüsusilə "yaşıl"hidrogen və enerji saxlama sistemləri kimi yeni texnologiyalarıngenişləndirilməsinə diqqət yetiririk. Bu texnologiyalar gələcəkdə"yaşıl" keçidin təmin edilməsində mühüm rol oynayacaq.

AİB COP29-da fəal iştirak edir və xüsusi iqlim maliyyəsininsəfərbər edilməsi sahəsində təcrübəsini bölüşür. Eyni zamanda,ölkələrə və özəl sektora iqlim tədbirlərini sürətləndirməkdə köməketmək üçün konkret və transformativ həllər nümayiş etdiririk.Bununla yanaşı, biz ədalətli keçidə xüsusi diqqət yetiririk ki, buprosesdə nə insanlar, nə də regionlar geridə qalmasın", – deyəFayol bildirib.

İqlim Maliyyə Fəaliyyətləri Fondu: Azərbaycanıntəşəbbüsü

AİB-in vitse-prezidenti Ambruaz Fayol vurğulayıb ki, İqlimMaliyyə Fəaliyyətləri Fondu iqlim dəyişikliyi ilə mübarizədəinnovativ yanaşma təklif edir.

“COP28-də əldə olunmuş fosil yanacaqdan mərhələli imtinarazılaşması çoxdan gözlənilən və irəliyə doğru mühüm bir addımoldu, baxmayaraq ki, bu addım artıq çoxdan atılmalı idi. İndi isəsözlərdən konkret tədbirlərə keçməyin vaxtıdır. Bu kontekstdə İqlimMaliyyə Fəaliyyətləri Fondunun yaradılması təşəbbüsü məsələyə yenibir baxış təqdim edir: fosil yanacaq hasilatı ilə məşğul olanölkələr və şirkətlər, inkişaf etməkdə olan iqtisadiyyatlarda iqlimdəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşma layihələrininmaliyyələşdirilməsində fəal iştirak etməyə dəvət olunurlar.

Biz belə təşəbbüsləri alqışlayırıq, çünki onlar iqlimmaliyyələşdirilməsi sahəsindəki boşluğun aradan qaldırılması üçünyeni yanaşmalar təklif edir və iqlim dəyişikliyi ilə mübarizədəqlobal məqsədlərə nail olmağa töhfə verir”, – deyə Fayolbildirib.

Çoxşaxəli maliyyə institutlarının COP29-da realnəticələr əldə etməkdə rolu

"AİB iqlim dəyişikliyi ilə bağlı BMT Konfransında müşahidəçistatusuna malikdir, buna görə də danışıqlarda birbaşa iştiraketmirik. Lakin çoxtərəfli inkişaf banklarının rolu danışıqlarprosesindəki bütün iştirakçılar üçün aydındır və məhz bu səbəbdənhəmin banklar daha qətiyyətli addımlara çağırır. Biz, çoxşaxəliinkişaf bankları olaraq, artıq mühüm irəliləyişlər əldə etmişik.Sentyabr ayında inkişaf bankları iki rekord göstərici açıqladı:birincisi, 2023-cü il üzrə iqlim maliyyələşməsi 125 milyard ABŞdolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 25 milyarddollar çoxdur. İkincisi, bizim investisiyalar vasitəsilə səfərbəredilən qlobal özəl maliyyə iki dəfə artaraq rekord 101 milyarddollar olub. Bununla belə, başa düşürük ki, xüsusilə inkişafetməkdə olan ölkələrdə böyük sərmayə tələblərinin ödənilməsi vətransformativ dəyişikliklərin həyata keçirilməsi üçün daha çox işgörülməlidir", — deyə Fayol bildirib.

"Biz gözləyirik ki, 2030-cu ilə qədər az və orta gəlirli ölkələrüçün illik kollektiv iqlim maliyyələşməmiz 120 milyard dollaraçatsın, bunun 42 milyardı uyğunlaşma tədbirlərinə ayrılacaq, 65milyard dollar isə özəl sektordan cəlb ediləcək. Yüksək gəlirliölkələr üçün bu maliyyə dəstəyi, təxminən 50 milyard dollar təşkiledəcək ki, bunun 7 milyardı uyğunlaşmaya ayrılacaq, 65 milyarddollar isə özəl sektordan səfərbər ediləcək", — deyə o əlavəedib.

Fayol vurğulayıb ki, çoxşaxəli inkişaf bankları ölkələrsəviyyəsində əməkdaşlıq və birgə maliyyələşdirməni gücləndirməküçün fəal çalışır.

"COP29-da iqlim dəyişikliyi ilə mübarizə tədbirləri üçün ölkəplatformalarının yaradılmasına dair ümumi anlayış və strategiyamızıtəqdim etdik. Bu, inteqrasiya olunmuş yanaşmanı təmin edəcək vətəsirin miqyasını genişləndirəcək. Bundan əlavə, iqlimə təsirimaksimum artırmaq və yalnız maliyyələşmə həcmindən kənara çıxmaqüçün iqlim təsirinə dair hesabatlılıq üzrə ümumi yanaşma təklifetdik", — deyə AİB-in vitse-prezidenti bildirib.

AİB-in Azərbaycanın "yaşıl" keçidinədəstəyi

Fayol bildirib ki, Avropa İttifaqının Azərbaycan üzrə İqtisadivə İnvestisiya Planı çərçivəsində AİB ölkənin "yaşıl" keçidinidəstəkləməyə hazırdır.

"Bizim prioritetlərimizə "təmiz" enerji mənbələrinin inkişafı,davamlı nəqliyyat sərmayələri, həmçinin kiçik və orta sahibkarlıqsubyektləri üçün rəqəmsallaşma və maliyyə əlçatanlığınınyaxşılaşdırılması daxildir. AİB-in vitse-prezidenti TerezaÇervinska Azərbaycanın xaricdəki əməliyyatlarınınmaliyyələşdirilməsinə cavabdehdir və COP29 çərçivəsində o, maliyyənaziri Samir Şərifov, energetika naziri Pərviz Şahbazov və rəqəmsalinkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə gələcək əməkdaşlığınmüzakirəsi üçün görüşlər keçirib.

Burada, COP29-da AİB Qlobal, AİB Qrupunun Aİ-dən kənarəməliyyatlarla məşğul olan və EU Global Gateway strategiyasınınəsas tərəfdaşı olan ixtisaslaşmış bölməsi, Azərbaycanla AnlaşmaMemorandumu imzalayıb. Bu saziş texniki yardım göstərilməsi və Bakımetropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrəhazırlıq və qiymətləndirmə işləri üçün çərçivənin yaradılmasınayönəlib", — deyə AİB-in vitse-prezidenti qeyd edib.

Bundan əlavə, AİB Azərbaycanın dəmir yollarınıntəhlükəsizliyinin və etibarlılığının artırılmasına yönəlmiş onaylıq tapşırığı başa çatdırıb.

"AİB-in məsləhət dəstəyi, Şərq Tərəfdaşlığının Əlaqələndirməİnvestisiya Fondunun çərçivəsində həyata keçirilən ilk layihəolaraq, Azərbaycan Dəmir Yollarının istismar təhlükəsizliyiniartırmaq layihəsində yönləndirici olacaq tövsiyələrlə nəticələnib.Bu tövsiyələr həmçinin yolda keçən vaxtın, xərclərin və istixanaqazı emissiyalarının azaldılmasını da hədəfləyir. Azərbaycanın"yaşıl" keçidinə dəstək olmaqla yanaşı, bu ilin əvvəlində AİB BankRespublika ilə mikro, kiçik və orta müəssisələri dəstəkləmək üçün10 milyon avro dəyərində kredit sazişi imzalayıb. Bu saziş kiçikbizneslərə güzəştli şərtlərlə, yerli valyutada kreditlər təklifetməklə, investisiyaları, iqtisadi artımı və iş yerlərininyaradılmasını stimullaşdırır", – deyə Fayol vurğulayıb.

Mərkəzi Asiyada AİB-in "yaşıl" gündəmi üzrəprioritetləri

Fayol bildirib ki, AİB Qlobal Mərkəzi Asiyada davamlı inkişafmodelini dəstəkləməyə yönəlib.

"Biz enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri, enerjiötürülməsi, su təchizatı və sanitariya, davamlı nəqliyyat və kiçikvə orta müəssisələr üçün maliyyə əlçatanlığının yaxşılaşdırılmasıdaxil olmaqla "yaşıl" infrastruktur layihələrini fəal şəkildətəşviq edirik.

Özbəkistanda AİB Qlobal üç günəş fotovoltaik stansiyasınıntikintisini və istismarını dəstəkləyir ki, bu da ölkənin 2030-cuilə qədər elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrinpayını 25%-ə çatdırmaq hədəfinə kömək edəcək. Bu layihə təkcədavamlı enerji keçidini dəstəkləmir, həm də karbon emissiyalarınıvə hava çirklənməsini azaldaraq həyat keyfiyyətiniyaxşılaşdırır.

Bundan əlavə, bu ilin əvvəlində AİB Qlobal QazaxıstanRespublikası, Qırğız Respublikası, Özbəkistan Respublikası vəQazaxıstan İnkişaf Bankı ilə davamlı nəqliyyat layihələrinətəxminən 1,5 milyard avro həcmində birgə maliyyə dəstəyi üçünAnlaşma Memorandumu imzalayıb", – deyə o əlavə edib.

AİB-in​ enerji keçidinə adaptasiya üçünmaliyyələşdirməni üç dəfə artırmaq planları

AİB-in vitse-prezidenti vurğulayıb ki, bank Avropa Komissiyası,eləcə də dövlətlər, şəhərlər və özəl sektorla uyğunlaşmatədbirlərini maliyyələşdirmək üçün fəal əməkdaşlıq edir.

"Keçən il biz bütün dünyada uyğunlaşma layihələrinə rekord 2,7milyard avro ayırdıq. Cari və gələcək illərdə bu məbləğiəhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq. Əsas diqqət ənhəssas regionlara yönəldilib. Kiçik adalarda və sahil zonalarındayaşayan, dəniz səviyyəsinin artması, ekstremal hava şəraiti vəokeanların istiləşməsi ilə üzləşən insanlar üçün iqlim dəyişikliyireal bir sağ qalma təhdididir. AİB Karib İnkişaf Bankı ilə 14ölkədə iqlimə dayanıqlı su infrastrukturunu dəstəkləmək üçünəməkdaşlıq edir. Mərkəzi və Şərqi Avropada və İspaniyada sondövrlərdə baş verən daşqınlar kimi ekstremal hava şəraitindən zərərçəkən dövlətlərə kömək edirik. Bu dağıdıcı hadisələr adaptasiya vədayanıqlığın artırılmasına yatırımların təcili olduğunu vurğulayırvə iqlim dəyişikliyinin nəticələrinin bütün dünyada hiss olunduğunugöstərir", – deyə o qeyd edib.

AİB-in iqlim bankına çevrilməsi

Fayol qeyd edib ki, AİB-in iqlim bankına çevrilməsi prosesiartıq on ildən çoxdur davam edir və bu müddət ərzində bir sıramühüm mərhələlərə nail olunub: 2007-ci ildə dünyada ilk "yaşıl"istiqrazların buraxılışı, 2015-ci ildə Parisdə keçirilən COP21-dənsonra Bankın ilk İqlim Strategiyasının işə salınması, 2019-cu ildəAİB-in enerji kreditləşməsi siyasətinin tətbiqi ilə fosilyanacaqlar əsasında olan layihələrin maliyyələşdirilməsindən imtinaedilməsi və 2020-ci ildə İqlim Bankının Yol Xəritəsinintəqdimatı.

"Bu addımlar sayəsində AİB 2021-ci ilin yanvar ayından etibarənbütün yeni maliyyə əməliyyatlarında Paris Sazişinin tələblərinəuyğunluq kriteriyalarını tətbiq edən ilk çoxtərəfli inkişaf bankıoldu. İqlim bankı kimi rolumuzu gücləndirmək AİB Qrupunun2024–2027-ci illər üçün Strateji Yol Xəritəsində birinciprioritetdir. Bu, fiziki infrastruktur layihələrinə, o cümlədənenerji şəbəkələri, saxlama sistemləri, bərpa olunan enerjimənbələri və bağlantı xətlərinə investisiyaların artırılmasıdeməkdir. Həmçinin biomüxtəlifliyin qorunması, dairəvi iqtisadiyyatvə təbiətə əsaslanan həllər istiqamətində layihələrin dəstəklənməsiüçün səylərimizi artıracağıq. Bundan əlavə, tədqiqat və inkişafüçün maliyyələşməni əhəmiyyətli dərəcədə artıracaq və sıfıremissiyalı iqtisadiyyata nail olmaq üçün yeni texnologiyalarındəyər zəncirini dəstəkləyəcəyik.

İqlim Bankının Yol Xəritəsinin orta müddətli nəzərdənkeçirilməsi göstərdi ki, AİB Qrupu bu onillikdə 1 trilyon avroluq"yaşıl" maliyyə dəstəyini həyata keçirmək və ya bu məqsədə çatmaqyolundadır. Bununla belə, əldə etdiyimiz nəticələrləkifayətlənmirik. Hazırda 2025-2030-cu illər üçün yeni stratejiyanaşma hazırlayırıq və bu yanaşmanı gələn il COP30 iqlimsammitində təqdim edəcəyik", — deyə Fayol bildirib.

İqlim layihələrinin əlçatanlığını artırmaq üçüninnovativ maliyyələşmə modelləri

"Biz risklərin bölüşdürülməsi üçün özəl sektorun öz üzərinəgötürə bilmədiyi innovativ həlləri irəlilətməliyik. Bu, bizim əsasrolumuzdur: həyatımızı və iqtisadiyyatımızı daha dayanıqlı edəninvestisiya risklərini azaltmaq. Məsələn, AİB Avropa Komissiyası vəözəl sektorla sıx əməkdaşlıq edərək iri miqyaslı texnologiyalarüçün investisiya risklərini azaldır və "yaşıl" keçidə dəstək üçünmaliyyələşdirmə imkanları yaradır. Biz "yaşıl" dairəvi akkumulyatorfabrikləri, "yaşıl" hidrogen, külək və günəş panelləritexnologiyaları, eləcə də qabaqcıl tədqiqatlara və inkişaflayihələrinə investisiya qoyuruq.

İqlim dəyişikliklərinə qarşı mübarizə tədbirləri üçün maliyyəresurslarını azad etmək məqsədilə, AİB inkişaf etməkdə olanölkələrə təbii fəlakətlərdən zərər çəkdikdə kredit ödənişlərinidayandırmaq imkanı verən iqlimə davamlı borc alətlərini təklifedəcəyini elan edib. Bununla bağlı, Barbadosda Amerikaarası İnkişafBankı və AİB ümumi dəyəri 300 milyon dollar olan zəmanətləritəsdiqləyərək "borcun iqlimə dəyişdirilməsi" əməliyyatınıdəstəklədi. Bu təşəbbüs Barbadosa iqlim uyğunlaşması layihələrinəsərmayə qoymaq üçün zəruri resursları azad etməyə imkanverəcək.

Bundan əlavə, Fayol qeyd edib ki, beynəlxalq kapital bazarlarıqlobal səviyyədə "yaşıl" maliyyələşmənin cəlb edilməsində əsas roloynayır.

"2024-cü ilin oktyabr ayında AİB 2007-ci ildən bəri öz "yaşıl"və davamlı istiqrazları vasitəsilə iqlim dəyişikliklərinə qarşımübarizə və dayanıqlı inkişafa 100 milyard avroluq investisiyadəstəyi təmin etdiyini qeyd etdi. AİB "yaşıl" keçidi dəstəkləməyədavam edəcək və standartlaşdırılmış "yaşıl" istiqrazlar bazarınınyaradılmasına rəhbərlik edəcək. Biz Avropa Komissiyası ilə birgə,inkişaf bankları və çoxtərəfli təşkilatlarla koordinasiya olunanQlobal "yaşıl" istiqrazlar təşəbbüsü üzərində çalışırıq. Buçərçivədə aşağı riskli xüsusi fond inkişaf etməkdə olan ölkələrinburaxdığı "yaşıl" istiqrazlar üçün əsas investor kimi çıxış edəcək.Bu istiqrazların buraxılışı üçün hazırlıq AİB-in bu sahədəkitəcrübəsindən istifadə etməklə texniki yardım vasitəsilə təminediləcək. Bu, ölkələrə "yaşıl" layihələri üçün beynəlxalqsərmayələr cəlb etməyə kömək edəcək. Fondun təsiri qlobal səviyyədə15-20 milyard avroya qədər dayanıqlı investisiyalarstimullaşdıracaq", — deyə Fayol bildirib.

X: @Lyaman_Zeyn

Seçilən
32
4
az.trend.az

5Mənbələr