AZ

“Hizbullah” informasiya xidmətinin rəhbərinin ölümünü təsdiqləyib

“Hizbullah” İsrailin Beyrutun mərkəzindəki Ras-ən-Nabaa bölgəsinə hücumu zamanı informasiya xidmətinin rəhbəri Məhəmməd Afifin öldüyünü təsdiqləyib.

APA xəbər verir ki, bu haqda “Hizbullah”ın rəsmi “Telegram” kanalında yayımlanan bəyanatındada məlumat verilib.

“Məhəmməd Afif öz iradəsi ilə döyüş yoldaşları və ata deməyi sevdiyi böyük şəhid Həsən Nəsrullaha qoşuldu.”, - deyə bəyanatda bildirilir.

Bundan əvvəl “Əl-Cədid” telekanalı Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Afifin ölümü haqda məlumat yaymışdır.

Afif 2014-cü ildən təşkilatın informasiya xidmətinə rəhbərlik edib. O, “Hizbullah”ın yayım şəbəkəsi olan “Əl Manar” telekanalı, “Nur” radiostansiyası və “Əl-Əhed News” xəbər portalının işinə nəzarət edirdi.

Seçilən
0
2
azpolitika.info

3Mənbələr