AZ

Daha iki ölkə İCAZƏ VERDİ: Ukrayna Rusiyanın dərinliklərində "FIRTINA QOPARACAQ" -FOTO

Fransa və Böyük Britaniya Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli "Fırtına Kölgəsi/SCALP" raketləri atmağa icazə verib.

OXU24.COM  xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, bu raketlər Britaniya və Fransanın birgə istehsalıdır və Rusiyaya qarşı silahlı münaqişəyə qarşı çıxmaq üçün Ukraynaya verilib.

Xatırladaq ki, İngiltərə və Fransa uzun müddət Kiyevə bu raketlərdən Rusiya ərazisinə hücum etmək üçün istifadə etməyi qadağan ediblər: Qərbin Rusiya ərazisi kimi tanımadığı beş bölgə (DXR, LPR, Zaporojye və Xerson vilayətləri, həmçinin Krım ) istisna olmaqla.

Bundan əvvəl medidad Ağ Ev rəhbəri Co Baydenin ilk dəfə Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün Amerikanın ATACMS raketlərindən istifadə etməsinə icazə verməsi barədə məlumat yayılıb. ABŞ rəhbəri yayılan məlumatları şərh etməkdən imtina edib.

Seçilən
2
39
oxu24.com

10Mənbələr