“Tərtər işi” ilə üzrə ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər – Ramil Qarayev və Rüstəm Ələsgərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Viral.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.
Son Yazılar:
- “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər VAR
- Mananaya ağır itki – FOTO
- Güclü yağış yağır – FAKTİKİ HAVA
Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Ələsgərov 9 il 6 ay, Vüsal Ələsgərov, Rəşid Niftəliyev və Ramil Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd: Təqsirləndirilən şəxslər hərbi qulluqçulara işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar. Onlar Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində həbs qətimkan tədbiri seçilib.