UEFA Millətlər Liqasının son turunda millimizi qəbul edəcək İsveç yığması ciddi itki ilə mübarizə aparacaq.

Offsideplus.az xəbər verir ki, məlumatı İsveç Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Viktor Lindelöf Slovakiya ilə oyunda zədələnib. O, komandamıza qarşı matçda iştirak edə bilməyəcək. Lindelöf Slovakiya ilə görüşün 26-cı dəqiqəsində meydanı tərk etməli olub.

Qeyd edək ki, İsveç - Azərbaycan matçı 19 noyabrda baş tutacaq.