AZ

Ərdoğanın planı: Müharibə belə dayandırıla bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" zirvəsində Rusiya-Ukrayna münaqişəsinin dondurulması planını təklif edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” yazır.

“18- 19 noyabr tarixində gerçəkləşəcək sammitdə Türkiyə lideri Ukraynanın NATO-ya üzvlüyünün müzakirəsini ən azı 10 il təxirə salmağı, münaqişəni hazırkı cəbhə xətti üzrə dondurmağı və Donbasın şərqində təhlükəsiz zonası yaratmağı, həmçinin orada beynəlxalq hərbi qüvvələr yerləşdirməyi təklif etmək istəyir”, - deyə nəşrdə qeyd olunur.


Müəllif: Qənirə Süleymanova
Seçilən
8
1
teleqraf.com

2Mənbələr