AZ

Süni intellekt Şekspirə qalib gəldi - Eksperiment

ABŞ-ın Pitsburq Universitetində aparılan təcrübə zamanı süni intellektin yazdığı şeirlər Şekspir, Eliot, Bayron və Emili Dikinson kimi klassiklərin şeirlərindən daha çox bəyənilib.

Kulis.az xəbər verir ki, şeirləri duyğu, ahəng, özünəməxsusluq kimi cəhətlər üzərindən dəyərləndirən oxucular süni intellektin yazdığı şeirlərə yüksək qiymət veriblər.

Hətta oxuculardan hansı şeirlərin klassik imzalar tərəfindən, hansıların süni intellekt tərəfindən yazıldığını soruşanda cəmi 46 faiz doğru təxmin edə bilib.

Nəticələrə görə ən bəyənilməyən şeirlər Eliotun şeirləri olub. Oxucuların çoxu bu şeirləri "hissiz" kimi dəyərləndirib, süni intellekt məhsulu olduğunu düşünüblər.

Həmçinin, qeyd edilib ki, süni intellekt bircə Emili Dikinsonun tərzində yazmağa çətinlik çəkib.


Qeyd edək ki, nəticələr Noyabrın 14-də "Scientific Reports" jurnalında yayımlanıb.

Seçilən
30
1
kulis.az

2Mənbələr