AZ

“Tamaşaçı çox etibarsızdır, uzaqlaşan kimi unudulacaqsan” – Könül Kərimovadan ETİRAF

“Bu sevgini, hissi ifadə etmək olmur, yaşayanlar bilir, başqa sevgidir”

“Nəvə və övlad fərqlidir. Mən övladlarımı da hədsiz çox istəmişəm. Onlara çox bağlı olmuşam və bu gün də beləyəm. Bunu hər kəs bilir. Ən həssas yerim, zəif nöqtəm övladlarımdır. Amma buna baxmayaraq nəvəmə olan sevgim tamam başqadır. Bircə onu bilirəm ki, nə olursa-olsun ona acığım tutmur. Əsəbləşə bilmirəm. Mənim üçün başqa bir dünyadır. Bu hissi nəvəsi olan nənə və babalar bilər. O hissi gərək yaşayasan. Sözlə ifadə etmək çox çətindir. Başqa bir sevgidir. O sevgi heç nəylə əvəz olunmur”

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Könül Kərimova deyib. O illər öncə dəstək olduğu həmkarlarından danışıb:

“Dəstək olduğum, əl tutduğum gənclər həmişə olub. Dünən də var idi, bu gün də var, sabah da olacaq. Sözün düzü onlardan heç nə gözləmirəm. Nəsə edəndə düşünmürəm ki, bunun qarşılığını mən görəcəm. Kimə yaxşılıq edirəmsə çox zaman onları unuduram. Yadımda qalmır, xatirimdən silinir. Onlar zaman-zaman mənə xatırladırlar ki, siz mənə bu dəstəyi göstərdiz, bunu etdiz. Söhbət təkcə ulduzlardan getmir, adi insanlardan da danışıram. Güc-bəla ilə xatırlayıram. Çünki mən bunu təmənnalı etmirəm. Bu sözləri eşitmək sadəcə mənə xoşdur. Təmənna umduğum nələrsə olmayıb” deyə müğənni bildirib.

Müğənni bildirib ki, tamaşaçı çox etibarsızdır:

“Düşünməyin ki, hər kəsin işi yaxşıdır, əladır, superdir. Xeyr, əsla! Düşünürlər ki, indiki müğənilərin ifaları tez unudulur. Bu da belə deyil. Əvvəla hər aşiqin öz dövranı var. Bu gün əgər varsansa varsan. Sabah bir balaca uzaqlaşacaqsansa unudulub gedəcəksən. Çox heyf ki, belə bir zəmanəyə gəlmişik. Mən həmişə söyləyirəm ki, tamaşaçı çox etibarsızdır. Ona görə düşünmürəm ki, bugünki ifaçılar tez yaddan çıxır, unudulur. Xeyr! Bu hamıya aiddir. Bugünki ifaçılara da, dünənki sənətkarlara da. Bu gün gündəmdə varsansa, hansısa gözəl işlərlə məşğulsansa səni alqışlayacaqlar, dəyər verəcəklər, sevəcəklər. Əgər müəyyən səbəblərdən sabah bir balaca yoruldun, istirahətə ehtiyacın oldu, bir müddət görünməsən həmən hər şey unudulub gedir. Çox heyf ki, bu birmənalı olaraq belədir”.

Medianews.az

Seçilən
16
medianews.az

1Mənbələr