X-ə alternativ olan “Bluesky” yüksəlişdə ola bilər, lakin “Meta” sosial şəbəkəsi “Threads” daha sürətlə böyüyür.
İndex.az xəbər verir ki, “Instagram2 və “Threads”in rəhbəri Adam Mosseri bu yaxınlarda təkcə noyabr ayında “Threads”də 15 milyondan çox insanın qeydiyyatdan keçdiyi barədə məlumat paylaşıb.
“Bluesky”ın ümumi istifadəçiləri oktyabrın sonunda 15 milyona yüksəldi. “SmiliarWeb”in hesabatına görə, “Twitter” (X) İlon Maskın gəlişindən sonra 115.000 istifadəçisini itirib. “Bluesky” X-ə alternativ olaraq göstərilsə də, daha sürətli böyüyən bir platforma var: “Threads”.
“Threads” yalnız iki həftə ərzində 15 milyondan çox istifadəçi qazandı. Son iki həftədəki endirmələrə baxsaq, iOS tərəfində 4,8 milyon, “Android” tərəfində isə 8,2 milyon insan “Threads” tətbiqini yükləyib. “AppFigures” tərəfindən təqdim edilən bu hesabata görə, “Threads”dən veb brauzer vasitəsilə də istifadə edən çoxlu sayda istifadəçi var.
Bundan əlavə “Threads”in yüksəlişdə olduğu dövrdə tətbiqi ən çox yükləyən ölkələr arasında Amerika, Braziliya və Hindistan da olub.