Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədəheyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqaölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısınınalınması istiqamətində kompleks tədbirləri davam etdirir.
Trend xəbərverir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumatyayıb.
Bildirilib ki, görülən tədbirlər, həmçinin biolojitəhlükəsizliyin təmin olunması üçün yaradılan mexanizmlərinetibarlılığını qəbul edərək ölkəmizin yüksək patogen quş qripindənazad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST)tərəfindən təsdiqlənib və müvafiq məlumatlar təşkilatın rəsmiinternet səhifəsində yayımlanıb.(https://www.woah.org/app/uploads/2024/11/2024-11-azerbaijan-hpai-selfd-a.pdf)
Qeyd edilib ki, son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğunolaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükətörədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasınasəbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsiistiqamətində ciddi iş aparılır. Bu çərçivədə yüksək patogen quşqripindən azad olma statusunun təsdiqlənməsi ölkəmizdə biolojitəhlükəsizliyin qorunması, bu sahədə nəzarət və tənzimləməsisteminin daha bir uğuru kimi qiymətləndirilə bilər. Belə ki, ÜHSTtərəfindən xəstəlikdən azad olma statusunun təsdiq edilməsiölkəmizdən quşçuluq məhsullarının ixracına olan ən böyükmaneələrdən birinin götürülməsinə və quşçuluq sektoruna aidməhsulların ixracının asanlaşmasına səbəb olacaq.
Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün dətəhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir.Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqlarımövcuddur. Azərbaycanda mütəmadi olaraq epizootolojimonitorinqlərin aparılması və təhlükəli halların dərhalaşkarlanaraq adekvat tədbirlərin görülməsi, xüsusi təhlükə mənbəyiola biləcək quş və quşçuluq məhsullarının ölkəmizə gətirilməsininqarşısının alınması nəticəsində ölkəmizin bu xəstəlikdənqorunmasına nail olunub.