AZ

Azərbaycanda "quş qripi" xəstəliyi var? AÇIQLAMA

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın yüksək patogen "quş qripi" xəstəliyindən azadolma statusunu təsdiqləyib. 

Bu barədə News365.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.  Bildirilib ki, beynəlxalq təşkilat AQTA-nın ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində gördüyü kompleks tədbirləri nəzərə alıb. Artıq Azərbaycanla bağlı məlumatlar ÜHST-nin rəsmi internet səhifəsində yayımlanıb. 

Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün də təhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir. Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqları mövcuddur.

Seçilən
11
10
news365.az

10Mənbələr