AZ

Braziliyada G20 sammiti başlayır

Braziliyanın Rio-de-Janeyro şəhərində İyirmilik (G20) ölkələrinin ikigünlük sammiti işə başlayır.

Demokrat.az xarici KİV-ə istinadla xəbər verir ki, görüşə bütün G20 ölkələrinin, həmçinin, Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnam da daxil olmaqla digər ölkələrin liderləri dəvət olunub.

Braziliya davamlı inkişafı, BMT, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatı da daxil olmaqla qlobal idarəetmə və təsisatların islahatı, sosial inteqrasiya və aclıqla mübarizəni sədrliyinin əsas mövzuları kimi seçib.

Sammit bu gün işə başlayacaq və Braziliyanın təklif etdiyi Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyans rəsmi olaraq təqdim ediləcək. Alyansın məqsədi, xüsusən də ən həssas bölgələrdə ərzaq əlçatanlığını təmin etmək üçün tədbirlər görmək və ölkələri, beynəlxalq təşkilatları və özəl sektoru bunun üçün səfərbər etmək olacaq.

Seçilən
1
27
demokrat.az

10Mənbələr