Bakı. Trend:
Türkiyə ədalətli keçidi nəzərə alaraq, "yaşıl" transformasiyaüçün sektoral infrastrukturun yaradılması üzərində işləyir.
Trend xəbər verir ki, bubarədə Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasar"Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"ndabildirib.
"Karbon neytrallığına nail olmaq məqsədimizə uyğun olaraq,Türkiyə aşağı karbonlu və iqlimə davamlı inkişaf istiqamətindəuzunmüddətli iqlim strategiyamızı və iqlim dəyişikliyistrategiyamızı elan edib.
Həmçinin, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasıistiqamətində səyləri hüquqi çərçivədə müəyyənləşdirmək vəemissiyaların ticarət sistemini işə salmaq üçün iqlim qanunulayihəsi hazırlamışıq. Bu qanunvericilik prosesinin yaxın vaxtlardabaşa çatdırılması gözlənilir. Biz ədalətli keçidi nəzərə alaraq,yaşıl transformasiya üçün sektoral infrastrukturun yaradılmasıüzərində işləyirik.
Eyni zamanda, ölkəmizin tələblərini nəzərə alan elmi əsaslımilli taksonomiya qanunvericiliyi hazırlayırıq", - deyə ovurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.