AZ

FTX ukraynalı agenti saxlayıb

FTX

FTX-nin əməkdaşları Kaluqa vilayətində Rusiyanın üç rayonunda təxribat məqsədilə bomba hazırlayan ukraynalı agenti saxlayıblar.

Bu barədə Rusiya FTX-nin Mərkəzi Əməliyyat Mərkəzindən məlumat verilib.

Saxlanılan şəxs 1976-cı il təvəllüdlü Rusiya Federasiyası vətəndaşıdır.

Müstəntiqlərin fikrincə, o, Ukrayna xüsusi xidmət orqanlarının maraqları üçün əldəqayırma partlayıcı qurğular yığıb. Sonradan onların Belqorod, Bryansk və Tula vilayətlərində terror aktları törətmək üçün istifadə edilməsi planlaşdırılırdı. Onun evinə baxış zamanı çəkisi 4,8 kq olan istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu götürülüb.

Cavid

Seçilən
5
xalqcebhesi.az

1Mənbələr