Aktual.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” adlı tədbirdə bildirib.
O bildirib ki, son onilliklərdə Xəzər ciddi ekoloji problemlərlə üzləşib:
"Dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır. Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər - bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır".