1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2025-ci ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 811 milyon manat vəsait proqnozlaşdırılıb.
"Report" xəbər verir ki, bu Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilib.
Bu da 2024-cü illə müqayisədə 420.3 milyon manat və ya 9,6 faiz, 2023-cu ilin icrası ilə müqayisədə isə 530.3 milyon manat və ya 12.4 faiz çoxdur.
Bildirilib ki, sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11.6 faiz (2024-cü ilə müqayisədə 0.6 faiz-bənd çox), ÜDM-də xüsusi çəkisi 3.7 faiz (2024-cü illə müqayisədə 0.1 faiz-bənd çox) təşkil edəcəkdir.
2021-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0.1 faiz-bənd, mütləq ifadədə isə 1 milyard 647.6 milyon manat və ya 1.5 dəfə çoxdur.