AZ

Büdcədən dotasiya almayan rayonların sayı 62-yə çatır

Növbəti ildən 4 şəhər və rayon da dövlət büdcəsindən dotasiya almadan yerli xərclərini öz gəlirləri hesabına təmin edəcək.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bununla büdcədən dotasiya almayan rayonların sayı 62-yə çatacaq.

Qeyd edək ki, bunların arasında Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları da yer alıb.

Anar Kəlbiyev
 

Seçilən
19
unikal.az

1Mənbələr