AZ

Starmer və Makron Putinin danışıqlara hazır olmadığını bəyan etdi

Rusiya prezidenti Vladimir Putin sülh istəmir və ona nail olmaq üçün danışıqlara hazır deyil, hərbi əməliyyatları gücləndirmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

"Mənə aydın görünür ki, Putin son həftələrdə gördüyümüz kimi, hərbi əməliyyatları gücləndirməkdə qərarlıdır”, deyə Makron bildirib. 

O vurğulayıb ki, beynəlxalq ictimaiyyət Rusiyanı hərbi əməliyyatları dayandırmağa və beynəlxalq hüquqa hörmət edən şərtlərlə sülh danışıqlarına başlamağa məcbur etmək öhdəliyi daşıyır: "Bəyanatlarına baxmayaraq, o, sülh istəmir və danışıqlara hazır deyil".

Makron həmçinin Putinlə danışıqların mümkünlüyünü istisna etməyib, ancaq "kontekst uyğun olduğu” halda: "Biz Ukrayna xalqına verdiyimiz vədlərə əməl etməyə borcluyuq".

"Sky News" xəbər verir ki, eyni zamanda Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynaya dəstəyi gücləndirmək üçün səyləri ikiqat artırmağa çağırsa da, Putinlə danışmaq niyyətində deyil.

"Kiminlə söhbət etmək barədə sual kansler Şoltsa aiddir. Mənim Putinlə danışmaq fikrim yoxdur”, deyə Starmer bildirib. 

O, həmçinin qeyd edib ki, dünya Ukraynadakı müharibənin mininci gününə yaxınlaşır və əlavə edib ki, Şimali Koreya qoşunlarının Ukraynada yerləşdirilməsi Rusiyanın çarəsizliyini nümayiş etdirir və bunun "Avropa təhlükəsizliyi üçün ciddi nəticələri” olacaq.

Starmer dünya liderlərini "Ukraynaya dəstəyi gücləndirmək üçün səyləri ikiqat artırmağa” çağırıb və bunun Braziliyanın Rio-de-Janeyro şəhərində "G20 sammiti üçün prioritet” olduğunu vurğulayıb.

Nizami Bağırov
Seçilən
2
1
qaynarinfo.az

2Mənbələr