AZ

Nikol Paşinyan Roma papası ilə görüşməyə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Vatikana uçub. ER Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryanın yaydığı məlumatda deyilir ki, işgüzar səfər çərçivəsində Müqəddəs Taxt-Tacın rəhbəri Roma Papası Fransisk ilə görüşün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bir il əvvəl baş nazir Ermənistan Respublikası ilə Vatikan arasında “əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə” IX Pius ordeni ilə təltif edilmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
editor.az

1Mənbələr