AZ

Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə büdcə daxilolmaları gözlənilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ölkə iqtisadiyyatına reinteqrasiyasını artıq nəticə verməkdədir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.

"Xankəndi şəhərində və Ağdərə rayonunda formalaşan potensial hesabına gələn il dövlət büdcəsinin yerli gəlirləri üzrə müvafiq olaraq 500 min manat və 300 min manat daxilolma gözlənilir", - deyə o qeyd edib.

Seçilən
6
1
report.az

2Mənbələr