AZ

Bu il 145 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2.864.953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

APA xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 145 milyon 389 min AZN kimi qiymətləndirilir.

Seçilən
21
3
apa.az

6Mənbələr