AZ

Keniyalı deputat: Müstəmləkə altında yaşayan xalqlar ekoloji problemlərdən əziyyət çəkirlər

Müstəmləkə altında yaşayan xalqlar meşələrin qırılması, faydalı qazıntıların istismarı nəticəsində yaranan ekoloji problemlərdən əziyyət çəkirlər.

"Report" xəbər verir ki, bunu keniyalı deputat Stefan Mule COP29 çərçivəsində keçirilən "Müstəmləkəsiz və yaşıl gələcək üçün həmrəylik" tədbirində deyib.

O qeyd edib ki, iqlim dəyişikliyindən ən çox təsirlənənlər kiçik icmalardır:

"Daşqınlar baş verdikdə, quraqlıq düşdükdə, temperatur yüksəldikdə, müxtəlif xəstəliklər, o cümlədən, vərəm və s. yoluxucu viruslar yayıldıqda bundan ən çox icmalar əziyyət çəkirlər. Ona görə də COP29-da dünya ölkələrinin müstəmləkəsi olan icmaların əsarətdən azad edilməsinə, iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılmasının maliyyələşdirilməsinə çağırış edirik".

Deputat qeyd edib ki, müstəmləkə ölkələrinin parlamentariləri COP29-un nəticələri, iqlim dəyişikliyinin maliyyələşdirilməsindən faydalanmağa imkan verən qanunvericiliyi icmalara elan edirlər:

"Biz parlament üzvləri olaraq bütün dünyaya çağırış edirik ki, azadlığımıza sahib olmaq üçün bütün dünyanı və icmaları müstəmləkəsizləşdirməyə dair yeni təşəbbüs vacibdir. Bu zaman daha yaxşı bir dünyaya sahib olacağımıza əminik".

Seçilən
9
4
report.az

6Mənbələr