AZ

Birləşmiş Ştatlarda təhlükəli epidemiya aşkarlanıb

ABŞ-də “E.coli” (bağırsaqlarınızda yaşayan bir növ bakteriyanın adıdır) epidemiyası Kaliforniyada fəaliyyət göstərən “Grimmway Farms” şirkəti tərəfindən istehsal edilən orqanik yerkökü ilə əlaqələndirilir.

"Cebheinfo.az" xəbər verir ki, epidemiya səbəbindən bir nəfər ölüb, ümumilikdə 39 hadisə aşkarlanıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib.

“Grimmway Farms” və “Bakersfield”dən verdiyi açıqlamada, "baqqal mağazalarında olmamalı, lakin hələ də istehlakçıların soyuducularında və ya dondurucularında ola biləcək" yerkökü məhsullarını geri çağırdığını açıqladı. 

Geri çağırılan məhsullara 2024-cü il avqustun 14-dən oktyabrın 23-dək satılan orqanik bütöv yerkökü və 11 sentyabr və 12 noyabr 2024-cü il tarixləri arasında istehlak üçün tövsiyə olunan orqanik balaca yerkökləri daxildir.

Yerkökülərin ABŞ, Puerto Riko və Kanadadakı pərakəndə satış mərkəzlərinə göndərildiyi və 365, “Bunny Luv”, “Cal-Organic”, “Nature's Promise”, “Trader Joe's”, “Wegmans” və “O Organics” kimi müxtəlif markalar altında satıldığı açıqlandı.

“Grimmway Farms”şirkətinin məhsulların Şiqa toksini yaradan Escherichia coli (“E.coli”) ilə çirklənə biləcəyini bildirdi. 

Bu bakteriya xüsusilə gənc uşaqlarda, yaşlılarda və immun sistemi zəif olan şəxslərdə ciddi və bəzən ölümcül infeksiyalara səbəb ola bilər.

ABŞ Səhiyyə nazirliyinə bağlı Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edib ki, “E.coli” infeksiyası ağır hallarda yüksək təzyiq, xroniki böyrək xəstəliyi və nevroloji problemlərə səbəb ola bilər.  

Xatırladaq ki,  daha əvvəl “McDonald's” tərəfindən satılan burgerlərdə də “E.coli” aşkar edilmişdi. Lakin onun səbəbinin istifadə edilən soğan halkaları olduğu müəyyən edilmişdi.

Seçilən
23
cebheinfo.az

1Mənbələr