Bakı. Trend:
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə(Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər) 866 xəstə müalicəalır.
Trend xəbər verir ki, bubarədə narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrinvə onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəninnəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçiQrupunun məlumatında deyilir.
Məlumata görə, narkotik vasitələrdən aşırı doza nəticəsindəyanvar-sentyabr aylarında 4-ü qadın və 68-i kişi olmaqla ümumilikdə72 nəfər vəfat edib ki, onlardan 17-20 yaşadək 1 nəfər, 25-29yaşadək 10 nəfər, 30-40 yaşadək 28 nəfər, 41-50 yaşadək 19 nəfər,50-52 yaşadək 7 nəfər, 55-65 yaşadək 7 nəfər təşkil edir.
Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiqdövri ərzində narkotik vasitələrdən aşırı doza nəticəsində vəfatedənlərin sayı 90 nəfər azalıb.