AZ

ABŞ Konqresi Rusiya-Ukrayna münaqişəsindən sonra Kiyevə 180 milyard dollardan çox vəsait ayırıb

Rusiya-Ukrayna münaqişəsindən sonra ABŞ Konqresinin Ukraynaya yardım üçün ayırdığı bütün vəsaitin ümumi məbləği 182 milyard dolları ötüb. Vətəninfo.az-ın  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bu barədə Pentaqonun baş müfəttişinin hesabatında deyilir.

“Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri ABŞ Konqresi “Atlantic Resolve” əməliyyatı və Ukraynaya daha geniş dəstək üçün Kiyevə 182,99 milyard dollar ayırıb”, – hesabatda deyilir.

Bu vəsaitlər Pentaqon, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) daxil olmaqla bir sıra federal qurumlar vasitəsilə bölüşdürülüb.

Ayrılan vəsaitin demək olar ki, dörddə üçü, yəni 131,36 milyard dollar hərbi ehtiyaclara yönəldilib ki, bu da audit hesabatında göstərildiyi kimi, hər il artmaqdadır. Bu məbləğin 45 milyard dollarından çoxu Kiyevə verilən avadanlığın dəyişdirilməsi üçün Pentaqona ayrılıb.

Seçilən
11
veteninfo.az

1Mənbələr