Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə bir neçə yüksəkvəzifəli məmurun istefa verməsinə münasibət bildirib.
“İctimaiyyət arasında fəal müzakirələri nəzərə alaraq, vəziyyəti aydınlaşdırmağı zəruri hesab edirəm. Bir sıra yüksəkvəzifəli şəxslərin öz postlarını tərk etmələrini istədim”, - deyə o yazıb.
Onun sözlərinə görə, istefaların səbəbi şəxsi amillərlə əlaqəli deyil və onun daha əvvəllər barəsində danışdığı sistemli problemlərlə bağlıdır.
Xatırladaq ki, ötən gün Ermənistanın Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan, infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın istefa ərizəsi yazdığı məlum olub. İstefalar barədə rəsmi şərh verilməmişdi.