AZ

“Mərkəzi Bank pul siyasətini yumşaldıb”

“2024-cü ilin sonuna Azərbaycanda inflyasiyanın 5.1 faiz olacağı gözlənilir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib. 

“İnflyasiya təzyiqlərinin azalması məqsədilə Mərkəzi Bank pul siyasətini yumşaldıb. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib”, - deyə T.Kazımov bildirib.

Nuranə Daxilqızı

Seçilən
6
qafqazinfo.az

1Mənbələr