AZ

Moskvadan cavab gəldi

ABŞ-ın Ukraynanın Rusiyaya uzaqmənzilli ATACMS raketləri ilə hücumuna icazə vermək qərarı yeni seçilmiş prezident Donald Trampın münaqişənin həlli istiqamətində atdığı addımları çətinləşdirmək üçün qəbul edilib.

Oxu24.com xəbər verir  ki, bunu “RİA Novosti”yə açıqlamasında Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

“Onlar Trampın münaqişəni danışıqlar yolu ilə həll etmək vədlərini çətinləşdirəcək bir qərar verdilər”, - deyə o, bu addımı səhv adlandırıb.

Çepanın fikrincə, bu qərar münaqişə zamanı dəhşətli nəticələrə gətirib çıxaracaq.

Bundan əvvəl keçmiş amerikalı dəniz piyadası Skott Ritter bildirib ki, Tramp Kiyevin Rusiyaya uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirməsi ilə bağlı vəziyyətə müdaxilə etməlidir, çünki belə bir addımın həyata keçirilməsi ölümcül olacaq.

ABŞ prezidenti Co Baydenin Ukraynaya ATACMS raketlərindən istifadə edərək Rusiyaya zərbə endirmək imkanı vermək qərarı haqqında ilk dəfə New York Times qəzeti yazıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, bu addım Şimali Koreya əsgərlərinin Rusiya ərazisində hərbi əməliyyatlarda guya iştirakına cavab olub. Güman edilir ki, bu yolla ABŞ Şimali Koreyaya öz ordusunun təhlükə altında ola biləcəyini başa salmaq istəyir və Pxenyan bundan sonra öz qüvvələrini münaqişə zonasına göndərməməlidir.

Ağ Ev, Pentaqon və Bayden nəşrin məlumatlarını şərh etməkdən imtina etdilər. Prezident Vladimir Zelenski videomüraciətində belə şeylərin elan olunmadığını, ancaq “raketlərin öz sözünü deyəcəyini” bildirib.

Bundan əvvəl ABŞ Kiyevin ATACMS raketləri ilə hücumlarının əsas hədəfinin adını çəkmişdi.

 

Miri

 

Seçilən
10
11
oxu24.com

10Mənbələr