AZ

"Apple" azərbaycanlı alıcılara ƏDV hesablamayacaq

"Apple" ekosisteminə aid xidmətlərin ("App Store", "iCloud", "Apple Music", "Apple TV+" və s.) paylanması və satışı ilə məşğul olan "Apple Distribution International Limited" şirkəti Azərbaycanda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 1-dən bu xidmətlərin alınması üçün "Apple Distribution International Limited" şirkətinə ödənişi aparan banklar tərəfindən alıcının vəsaiti hesabına ƏDV məbləği hesablanmayacaq.
Seçilən
65
4
sherg.az

10Mənbələr