"2024-cü ilin sonuna Azərbaycanda inflyasiya 5.1 faiz olacaq".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, inflyasiya təzyiqlərinin azalması məqsədilə Mərkəzi Bank pul siyasətini yumşaldıb.
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib.