AZ

Arif Əsədov: “İsveçlə oyunda böyükhesablı məğlubiyyət olacağını düşünmürəm”

İsveçlə oyunda böyükhesablı məğlubiyyət olacağını düşünmürəm.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasının VI turunda İsveçlə baş tutacaq qarşılaşmada yığmanın şanslarını dəyərləndirərkən deyib.

54 yaşlı mütəxəssis sabahkı görüşdə komandanın fiziki durumunun önəmli olacağını vurğulayıb:

“Hazırda durumumuz çox çətindir. Sabah İsveçə qarşı oynayacağıq. Təbii ki, qələbə gözləntilərimiz azdır, amma ümid edək ki, komanda istədiyi nəticə ilə qayıdacaq. İtkilərimizlə yanaşı, sıraya qayıdanlar da var. Mahir Emreli hücum planında komandaya kömək edə bilər. Böyükhesablı məğlubiyyət olacağını düşünmürəm. Fiziki durumumuzun hansı səviyyədə olacağı vacibdir. Çünki birinci və ikinci oyun arasında az vaxtın olması həmişə fiziki baxımdan komandamıza təsir edir. Balansı qorumaq vacibdir. Fikrimcə, komandamız xal qazana bilər. Milliyə uğurlar arzulayıram”.

Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığma UEFA Millətlər Liqasının VI turunda sabah səfərdə İsveçlə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Seçilən
8
1
report.az

2Mənbələr