AZ

Tramp Maliyyə Nazirliyinə iki yeni namizəd irəli sürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp Maliyyə və Xəzinə Nazirliyinə yeni namizəd axtarır.

Banco.az xəbər verir ki, Tramp Fed İdarə Heyətinin keçmiş üzvü Kevin Varş və “Wall Street” milyarderi Mark Rovanı Maliyyə və Xəzinə Nazirliyi üçün nəzərdən keçirir.

Halbuki Trampın “Cantor Fitzgerald”ın baş direktoru Hovard Lutnik və “Key Square Capital Management” investisiya firmasının təsisçisi və “George Soros”un keçmiş icraçı direktoru Skott Bessenti seçəcəyi gözlənilirdi.

Lakin Tramp ilk iki namizəd haqqında yenidən düşünməyə başlayıbı və seçim prosesini ləngidib.

Ağ Evin yeni mətbuat katibi Karolin Levitt kabinet üzvlərinin seçimləri ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, təkcə prezident Tramp ikinci administrasiyasında kimin işləyəcəyi ilə bağlı qərarlar verir. Bu qərarlar qəbul ediləndə onun tərəfindən elan olunmağa davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
21
banco.az

1Mənbələr