AZ

COP29 avtobus zolaqlarıyla bağlı qərar nə zaman qüvvədən düşəcək?- RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi 1 noyabr tarixindən Bakının 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən xüsusi zolaqlara daxil olmaq qadağandır.

Bu zolağa girən sürücüləri 100 manat cərimə və 2 ballıq cərimə gözləyir.

Bəs. bu qayda nə vaxtadək qüvvədə olacaq?

Suala cavab üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan  News365.az-a bildirilib hələlik bu qaydaların ləğvi gündəmdə deyil:

“Hər şey COP29 tədbirləri başa çatandan sonra aydın olacaq. Ola bilsin ki, bəzi küçələrdəki zolaqlar elə avtobus zolağı kimi qalsın. Ancaq, hələlik bu barədə qəti fikir yoxdur”.

News365.az

Seçilən
33
news365.az

1Mənbələr