“Özümü yaxşı hiss edirəm”.
Bunu İdman.bizə Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov deyib.
28 yaşlı mərkəz müdafiəçisi zədə səbəbindən 30 günə qədər meydandan kənar qala biləcəyini istisna etməyib: “Bud əzələmdə ikinci dərəcəli dartınma baş verib. Bu səbəbdən hər şey müalicədən asılıdır. Zədəmin sağalması 30 günə kimi çəkə bilər. Amma ola bilər ki, 20-25 günə məşqlərə başlayım. Buna görə də millinin heyətdən çıxarıldım. Fizioterapiya olunuram. Qalan hər şey yaxşıdır”.
Qeyd edək ki, Məmmədov yığmamızın UEFA Millətlər Liqası çərçivəsində Estoniya yığması (0:0) ilə Qəbələdə keçirdiyi matçda zədələnib.
Banuçiçək Hüseynli
İdman.biz