AZ

Sahil Babayev: “Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara təsirini azaltmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir”

Sahil
“Azərbaycan iqlim dəyişikliyinin qadınlara, gənclərə, əlillərə və digər həssas qruplara təsirini azaltmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir”. 1news.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 konfransı çərçivəsində keçirilən mətbuat konfransında qeyd edib.
Nazir bildirib ki, Azərbaycan bu istiqamətdə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək onların təcrübəsindən faydalanır. "Həmçinin, iqlim dəyişikliyinin gətirdiyi çətinliklərin azaldılması və bacarıqların inkişaf etdirilməsi üzrə təkliflər hazırlanır. İqlim dəyişikliyi əmək bazarına təsir edəcək, yeni iş yerləri və imkanlar, eləcə də yaşıl iqtisadiyyatda yeni iş yerləri yaradacaq. Azərbaycan bu dəyişikliklərə hazır olmaq üçün peşə hazırlığı və təhsil sistemlərini inkişaf etdirir, əmək resurslarını adaptasiya etməyə çalışır. Biz yaşıl iqtisadiyyat üçün bacarıq və səriştələri dərinləşdirməli, təlim mexanizmlərimizi genişləndirib təkmilləşdirməli və bu prosesə dövlət və özəl sektoru daha fəal cəlb etməliyik”.

Foto: Nadir İbrahimli

Seçilən
23
1news.az

1Mənbələr