Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialara münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıblar.
Bildirilib ki, iddialar həqiqətə uyğun deyil.
Xatırladaq ki, daha əvvəl HƏMAS-ın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialar yayılmışdı.