AZ

Rusiyalı jurnalist dron zərbəsindən ölüb

Rusiyanın Kursk vilayətində yerli qəzetin baş redaktoru Yuliya Kuznetsova Ukraynanın pilotsuz təyyarəsinin endirilməsi nəticəsində həlak olub,

NOCOMMENT.az xəbər verir ki, hadisəni qubernator Aleksey Smirnov təsdiqləyib.

“Narodnaya qazeta” nəşrinin rəhbəri olan Kuznetsova avtomobillə Dyakonovo-Sudja şossesi ilə hərəkət edərkən pilotsuz uçuş aparatı (PUA) maşını vurub. 34 yaşlı həmkarı və bir polis əməkdaşı ilə birlikdə olub, hər ikisi xəsarət alıb və müalicə üçün xəstəxanaya aparılıb.

“Bu gün Bolşesoldatski rayonunda “Narodnaya qazeta”nın baş redaktoru Yuliya Nikolaevna Kuznetsova Ukrayna pilotsuz təyyarəsinin avtomobilə hücumu nəticəsində həlak olub”, – qubernator bazar günü öz Telegram kanalında başsağlığı verib. .

Seçilən
6
nocomment.az

1Mənbələr