AZ

Gənə böhranı həmişəkindən daha böyük problemə çevrilə bilər

Gənə böhranı həmişəkindən daha böyük problemə çevrilə bilər

Gənələr köçəri quşlar sayəsində qitələrarası səyahət edir və daşıdıqları xəstəliklərlə yeni bölgələrdə təhlükə yaradır. Qlobal temperaturun artması bu parazitlərin sağ qalması və yeni yaşayış yerlərində yayılması ehtimalını çoxaldır.Gənələr köçəri quşlarda parazitlik edərək minlərlə kilometr məsafə qət edə bilirlər. Tarixən, çatdıqları bölgələrdə münasib iqlim şəraiti olmadığından sağ qala bilmirlər. Lakin iqlim böhranının yaratdığı istiləşmə bu vəziyyətin dəyişməsinə səbəb olub. Xüsusilə tropik növlərin şimal bölgələrində tutulma ehtimalı daha yüksəkdir. Bu, yeni gənə xəstəliklərinin yaranması riskini də artırır.AFN.az xəbər verir ki, bütün bunları Cənubi Missisipi Universitetinin doktoru Şəhid Kərim deyib. Onun sözlərinə görə, tropik gənə növləri əvvəllər yaşaya bilmədikləri ərazilərdə yaşamağa başlasa, onların daşıdığı xəstəliklərin yayılması mümkünləşə bilər."Gənələr insanlar və ev heyvanları üçün effektiv xəstəliyin daşıyıcısıdır. Məsələn, 2017-ci ildə Nyu Cersidə aşkar edilən Asiya uzunbuynuzlu gənə tez bir zamanda 14 ştata yayıldı" - deyə Şəhid Kərim qeyd edib.Alimlər köçəri quşlar tərəfindən gənələrin daşınmasını öyrənmək üçün Meksika körfəzinin şimalında altı fərqli yerdə şəbəkələr qurublar. Tutulan quşların fiziki vəziyyəti üzərində və gənə olub-olmaması yoxlanılıb. Aşkar edilmiş gənələrin növlərini və daşıdıqları mikroorqanizmləri müəyyən etmək üçün DNT analizi aparılıb.Tədqiqatda 15 minə yaxın quş araşdırılıb və cəmi 164 quşda 421 gənə aşkar edilib. Lakin təhlil edilən gənələrin 81 faizi yalnız dörd növə aid olub. Yaxın məsafədən gələn miqrantların uzun məsafəli miqrantlardan daha çox gənə daşıdığı da müşahidə olunub.Araşdırmaya gənələrin daşıdığı bakteriyalar da daxil edilib. Ən çox yayılmış Francisella bakteriyalarının gənələrin fəaliyyətinə kömək etdiyi ehtimal olunur.İkinci ən çox yayılmış bakteriya növünün bəzi növləri insanlarda xəstəliklərə səbəb ola bilən Rickettsia olduğu müəyyən edilib. Bununla belə, bu bakteriyaların insanlara invaziv gənə növləri ilə ötürülə biləcəyi hələ məlum deyil.Şəhid Kərim vurğulayıb ki, insanlar gənə ilə yoluxmuş ərazilərdə gəzdikdən sonra özlərini yoxlamalı və gənə xəstəliklərinin yayılma riskinə qarşı həşərat kovucu vasitələrdən istifadə etməlidirlər.

Seçilən
16
afn.az

1Mənbələr