AZ

Rus ayısını titrətmək çətindir

"Əslində, Ukraynanın yaxın zamanlarda Rusiyanın ərazisinə uzaqməsafəli raketlərlə zərbə endirilməsi ilə bağlı verilən bəyanat hələ yalnız bəyanatdır.  Baydenin buna icazə verdiyi barədə hələ rəsmi təsdiq yoxdur. Hər halda, başa düşmək lazımdır ki, hər hansı zərbə cavabsız qalmaz."

Bu sözləri News365.az-a açıqlamasında Beynəlxalq münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər Birliyinin üzvü Yevgeni Mixaylov deyib

 "Vladimir Putin bəyan edib ki, biz dövlətimizin müdafiəsi üçün bütün mövcud imkanlarımızı tətbiq edə bilərik və belə bir şey baş verərsə, təbii ki, cavab zərbəsi qaçılmaz olacaq. Demək olar ki, dərhal olacaq. 

Çünki  raket buraxılışı barədə əmr verilən kimi dərhal cavab veriləcək. Bu aydındır və qoy Qərb və ABŞ bundan qorxsun, çünki mən düşünürəm ki, Moskva artıq heç bir güzəştə getməyəcək. Burada artıq Vaşinqtonla, Ukrayna  və Rusiya ilə münasibətlər barədə danışmağın  yəqin ki, xüsusi mənası qalmayacaq. "- ekspert vurğulayıb.

Y.Mixaylov hesab edir ki, belə bir  addım  Baydenə fərq etməyəcək. Tramp üçün  isə, nə qədər çətin olsa da, Ukraynada sülh planını reallaşdırmaq  çətin olacaq. 

"Buna görə də, zərbənin nəticəsi nə olacaq, bunu proqnozlaşdırmaq çətindir. Amma bir şey aydındır ki, cavab dəhşətli olacaq. Mən bilmirəm, cavab yalnız Ukraynaya olacaq, yoxsa NATO bazalarına da zərbə endiriləcək. Amma mesaj açıq və ardıcıl olacaq. Sadəcə olaraq, mənim fikrimcə, prezidentimizin verdiyi bir işarə var ki, uçuş məlumatlarını NATO mütəxəssisləri daxil edəcək. Peyk kəşfiyyatı NATO mütəxəssisləri tərəfindən həyata keçirilir. Raketlər NATO mütəxəssisləri tərəfindən idarə olunur. Bu, NATO silahlarıdır. Buna görə də, biz cavab zərbəsini bu amilləri nəzərə alaraq planlaşdırmalıyıq.

 Kimə  və necə zərbə vuracağımız  böyük sualdır. Mən çox ümid edirəm ki, Qərbdəki liderlər ağıllı olacaq və onlar Rusiya Federasiyası ilə tam qarşıdurmaya girməməyə çalışacaqlar. Çünki rus ayısını titrətmək çətindir, amma onu titrədib qıcıqlandırsalar, onda bu, hər kəsə baha başa gələ bilər."-politoloq deyib.

Səbinə Əlizadə

News365.az 

Seçilən
12
news365.az

1Mənbələr