AZ

''Beşiktaş''ın sabiq kapitanının vəziyyəti pisləşdi

Türkiyə futbolunun tanınmış simalarından olan Tayfur Havutçudan üzücü xəbər var.

Neçə müddətdi, xərçəng xəstəliyindən müalicə olunan sabiq yarımmüdafiəçinin vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı Neslihan Havutçu bunları deyib:

''Tayfur xəstəliyi üzündən tez-tez xəstəxanaya gedib analizlər verir. Son analizdə bəzi göstəricilər yüksək çıxdığı üçün müvəqqəti xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Göstəriciləri artıq normallaşmağa başlayıb. Allahın köməyi ilə hər şeyin qaydasına düşəcəyinə inanırıq''.

1970-ci ildə Almaniyada doğulan və Almaniya vətəndaşlığı da olan Havutçu ''Darmştadt''a karyerasına başladıqdan sonra 1993-də Türkiyəyə gəlib. 2 il ''Fənərbaxça'' və 2 il ''Kocaelispor''da oyandıqdan sonra karyerasının son 9 ilini ''Beşiktaş''da keçirib. Burda uzun müddət kapitan sarğısını da daşıyıb. ''Beşiktaş''ın əfsanəvi prezidenti Süleyman Səbanın yaxın qohumu olan Havutçu futbolçu karyerasında 5 titul qazanıb. Məşqçi kimi ''Beşiktaş'', ''Adana Dəmirspor'', ''Kasımpaşa''nı çalışdırıb. Türkiyə yığmasında köməkçi məşqçi funksiyasını da icra edib. ''Beşiktaş'' 2011-də Türkiyə kubokunu məhz onun başçılığı altında qazanıb.

ƏLİ
Seçilən
38
football-plus.az

1Mənbələr