AZ

Kreml: "Paris istəsə, Putin və Makron danışacaq"

"Fransa prezident Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında mümkün söhbət kontekstində hələlik təşəbbüs göstərməyib". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya istənilən ölkə ilə danışıqlara hazırdır:

"Putin dəfələrlə bütün təmaslara açıq olduğu sözlərini təkrarlayıb. Rusiya tərəfi heç bir halda  bu təmasların məhdudlaşdırılmasının təşəbbüskarı olmayıb. Ona görə də Fransa və ya digər ölkələrin danışmaq istəyi olsa, biz danışıqlar aparacağıq".

Gülşən Şərif

Seçilən
11
bakivaxti.az

1Mənbələr