AZ

Yeni Kollektiv Kəmiyyət Hədəfi uşaqların ehtiyaclarını nəzərə almalıdır - UNICEF

Bakı. Trend:

Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) uşaqların ehtiyaclarınınəzərə alması və sosial xidmətlərə fokuslanması zəruridir.

Trend xəbər verir ki, bubarədə UNICEF-in icraçı direktorunun müavini Kitti van der HeydenCOP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətəyönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusundadəyirmi masa zamanı bildirib.

"Aydındır ki, iqlim mövzusu məktəb proqramlarına inteqrasiyaedilməlidir. Bunu yalnız təhsil nazirləri və ya UNICEF kimitəşkilatlar tələb etmir, bu, Paris Sazişini imzalayan bütünölkələrin öhdəliyidir. Bu sazişin 12-ci maddəsi kifayət qədər aydıngöstərir.

Orta təhsillə yanaşı, gənclərin iqlim problemlərinin həllindəiştirakını təmin edəcək praktik peşə bacarıqlarına da diqqətyetirilməlidir. Gənclər əllərini yanına salıb oturmaq istəmirlər,onlar işləmək və qaçılmaz reallığa çevrilən "yaşıl" iqtisadiyyatınbir hissəsi olmaq istəyirlər. Məhz bu istiqamətə iqliminvestisiyaları yönəlməlidir.

Hal-hazırda iqlim investisiyalarının yalnız 2,4 faizi uşaqlarınmaraqlarını müəyyən dərəcədə nəzərə alır. Bütün ölkələr, o cümlədəntəhsil nazirləri, NCQG-nin uşaqların ehtiyaclarını nəzərə alması vəonların asılı olduğu sosial xidmətlərə fokuslanmasını təmin etməküçün təkid etməlidirlər. Əks halda biz yalnız danışacağıq, ammakonkret addımlar atmayacağıq", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
52
1
az.trend.az

2Mənbələr