AZ

İstilik dalğaları səbəbindən təhsil nəticələri orta hesabla 14% azalır - UNICEF

Bakı. Trend:

İstilik dalğalarının təsiri nəticəsində təhsil nəticələri ortahesabla 14 faiz azalır.

Trend xəbər verir ki, bubarədə UNICEF-in icraçı direktorunun müavini Kitti van der HeydenCOP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətəyönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusundadəyirmi masa zamanı bildirib.

"Fikrimcə, təhsil iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində ənyaxşı investisiyadır və iqlim ilə təhsil arasında çox sıx bir əlaqəvar. Bir neçə məqamı vurğulamaq istəyirəm.

Birinci məqam - iqlim təsirlərinin təhsil nəticələrinə vənailiyyətlərinə necə təsir göstərdiyi ilə bağlıdır. Məlumdur ki,məsələn, istilik dalğaları səbəbindən təhsil nəticələri ortahesabla 14 faiz azalır. Tədqiqatlar davam edir və bu göstəricilərhətta daha yüksək ola bilər. İqlim fəlakətlərini - istər qasırğa,daşqın, istərsə də quraqlıq - yaşamış uşaqların 43 faizindənarahatlıq pozğunluqları yaranır ki, bu da onların müvəffəqiyyətinəbirbaşa təsir edir.

Biz iqlim ilə təhsil arasındakı əlaqəni görməzdən gələ bilmərik.Əminəm ki, iqlim uyğunlaşması kontekstində təhsilə investisiyaqoyuluşu tam mümkündür və böyük bir geri dönüş təmin edir", - deyəo bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
54
az.trend.az

1Mənbələr