2024-cü ilin doqquz ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2218 nəfər gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Bildirilib ki, Azərbaycandan isə 1787 nəfər gedən qeydə alınıb.
Miqrasiya saldosu ölkə üzrə müsbət 431 nəfər təşkil edib.