Bakı. Trend:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfəhakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıldünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlhamƏliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29,eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbiprokuror Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin (DSX) N saylıhərbi hissəsində hərbi qulluqçularla görüş keçirib.
Bu barədə Trend-ə Hərbi Prokurorluğun mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini- hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyeviniştirakı, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və DSX-ninyüksəkrütbəli hərbi qulluqçularının Xaçmaz rayonunda rayonrəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ümummilli LiderHeydər Əliyevin abidəsi və şəhidlər guşəsi önünə gül dəstələridüzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutlaanılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, DövlətHimni səsləndirilib.
Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, DSXrəisinin şəxsi heyətlə iş üzrə müavini, general-leytenant RəsulTağıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevçıxışlarında nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər ƏliyevinAzərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yenimüstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirənPrezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətindəölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfliköklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlarınqazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanınçoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən sözaçıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından vəetibarlı qorunmasından bəhs edilib.
Habelə, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsindədövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, ocümlədən ölkəmizdə keçirilən COP29-un mahiyyətindən vəəhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqındaqanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçininekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən vəməsuliyyətdən danışılıb.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndiriciməzmunlu çıxışlar olub. Onları maraqlandıran suallarcavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti,həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.
Tədbirdən sonra ağaclar əkilib.