AZ

Gaziantep hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib

Bakı. Trend:

2024-cü ilin oktyabr ayında Gaziantep Hava Limanına gələnsərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faizartaraq, 2 milyon 480 min 118 nəfər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-əTürkiyənin Nəqliyyat vəİnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilinanaloji dövrü ilə müqayisədə 15 faiz artaraq, 2 milyon 173 min 241nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 306 min 877 nəfərtəşkil edib.

2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cüilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 25 min 10 ton təşkiledib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanınındaxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü iləmüqayisədə 14 faiz artaraq, 18 min 792 ton, beynəlxalq reyslər üzrəyük daşınması isə eyni dövrlə müqayisədə 3 faiz artaraq, 6 min 218ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayındahəyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı iləmüqayisədə 9 faiz artaraq, 14 min 765 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 12min 944, beynəlxalq reyslər üzrə isə 3 faiz azalaraq min 821olub.

Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə2 milyon 417 min 502 ton təşkil edib.

Seçilən
11
15
az.trend.az

10Mənbələr