AZ

"Ərdoğan G20 sammitində Ukrayna üçün "sülh planı" təqdim edəcək" - "Bloomberg"

 
"Ukrayna üçün bu təklifi qəbul etmək çətin olacaq, amma bu, ən real yanaşmadır..."
 
Ukraynanın müttəfiqləri Vladimir Zelenskini döyüş əməliyyatlarına son qoymaq üçün Vladimir Putinlə danışıqlar masası arxasında əyləşməyə getdikcə daha çox sövq edir. Çünki tərəflərdən heç biri həlledici qələbəyə nail ola bilmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda G20 ölkə liderlərinin görüşündə müharibənin başa çatdırılmasına dair öz planını təklif etməyi planlaşdırır.
 
Nəşrin yazdığına görə, Ərdoğan Zelenskinin Putinə güzəşt olaraq ən azı 10 il ərzində NATO-ya daxil olmaq haqqında müzakirələri təxirə salmağa razılaşmasını təklif edəcək.
 
Türkiyənin planı həmçinin Donbasda demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutur. Ərdoğan orada əlavə zəmanət qismində beynəlxalq qoşunların yerləşdirilməsi və Ukraynanın NATO-ya daxil olmaması əvəzinə kompensasiya qismində silah tədarükünə zəmanətlər təklif edəcək.
 
"Türkiyə məmurları etiraf edir ki, Ukrayna üçün bu təklifi qəbul etmək çətin olacaq, lakin hesab edir ki, bu, ən real yanaşmadır. Onlar işğal edilmiş ərazilərin uzunmüddətli taleyinin müzakirəsini təxirə salmağa, diqqəti ilk növbədə sabit atəşkəsin təmin edilməsinə yönəltməyə cəhd göstərəcək", - nəşr yazıb.
 
Bu zaman belə düstur Kiyevin Ukraynanın NATO-da tam üzvlüyünün Kreml ilə birbaşa münaqişəyə gətirib çıxaracağından çəkinən bəzi müttəfiqlərinin xoşuna gələcək. 
 
Məlumatlı mənbələrin sözlərinə görə, Ərdoğanın malik olduğu kəşfiyyat məlumatları yaxın bir neçə ayda döyüş əməliyyatlarının dayandırılmayacağı təqdirdə Ukrananın daha çox ərazilərini itirə biləcəyindən xəbər verir.
 
Ona görə də Türkiyə lideri Zelenskini İstanbulda sülh danışıqlarında iştirak erməyə razılaşmağa inandıra biləcəyinə ümid edir. 
 
Ukraynada müharibənin başa çatdırılması planları
 
CNN-in yazdığına görə, Donald Trampın vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında sülh sazişi Kiyevin Krıma iddialarından imtina etməsi müqabilində digər işğal edilmiş ərazilərin bir hissəsinin geri qaytarılmasını nəzərdə tuta bilər.
 
Bu zaman Zelenskinin özünün sülh düsturu Ukraynanın NATO üzvlüyünə dəqiq yolun və bunadək təhlükəsizlik zəmanətləri əldə etməsinə əsaslanır.
 
Noyabrın 17-də ABŞ-ın Rusiya ərazisinə ATACMS raketlərilə zərbələrə icazə verməsi bəlli olub. Nəşr qeyd edir ki, bu, Trampın vəzifəsinə başlayanadək Ukraynanın vəziyyətini möhkəmləndirməyə və Rusiya ilə mümkün danışıqlarda daha güclü mövqeyə malik olmasına imkan verəcək.
Seçilən
0
50
moderator.az

10Mənbələr