AZ

Astarada 47 yaşlı kişi balıq tutarkən faciəvi şəkildə dünyasını dəyişdi

Astara rayonunun Kijəbə kəndində bədbəxt hadisə qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, 47 yaşlı kənd sakini Maarif Akif oğlu Ramazanov Lovain su anbarında balıq tutarkən faciəvi şəkildə həyatını itirib. 

Məlumata görə, hadisə günorta saatlarında baş verib. Balıq tutmaq üçün qırmaq atan Maarif Ramazanovun qırmağı ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə toxunub. Nəticədə, o, elektrik cərəyanı vurmasına məruz qalaraq hadisə yerində dünyasını dəyişib. Mərhum 3 övlad atası idi. 

Onun cəsədi müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
34
bizim.media

1Mənbələr