AZ

Qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq mümkündür - Vopke Hukstra

Qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq, mövcud çağırışlara baxmayaraq, hələ də mümkündür.

Olaylar xəbər verir ki, bu barədə Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"UNEP-in emissiya fərqi ilə bağlı hesabatı göstərir ki, hələ də bu hədəfə çatmaq yolunda deyilik, lakin bu, həm də texniki cəhətdən bunu edə biləcəyimizi aydın şəkildə göstərir. Bu, qarşılaşdığımız problemin əsasən siyasi olduğunu və məhz bu çağırışı bizim - danışıqlar aparanların həll etməli olduğunu bildirir", - deyə V. Hukstra qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməyə davam edəcək və danışıqlarda fəal iştirak edəcək.

"Biz həmişə COP-a Paris Sazişi hədəflərinə doğru irəliləməyə kömək edən yüksək ambisiyalarla qatılırıq. Burada da eyni enerji və ambisiyalarla mənalı nəticələr əldə etmək üçün iştirak edirik", - deyə o əlavə edib.

Maliyyələşdirmədən danışan avrokomissar, karbon bazarları və emissiya qiymətləndirmə sistemləri vasitəsilə özəl investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr