Peru rəsmiləri yüzlərlə tarantula, qırxayaq və güllə qarışqası ilə ölkədən çıxmağa çalışdığı iddia edilən Cənubi Koreyadan olan şəxsi hava limanında saxlayıb.
"Cebheinfo.az" xəbər verir ki, adı açıqlanmayan 28 yaşlı şəxs Peru Beynəlxalq Hava Limanından 8 noyabrda təyyarəyə minərək öz ölkəsinə qayıtmağa çalışıb.
Təhlükəsizlik yoxlamaları zamanı işçilər onun qarnının şişkin olduğunu görüblər. Həmin şəxsdən köynəyini qaldırmağı tələb ediblər.
Perunun Milli Meşə və Vəhşi Təbiət Agentliyinin noyabrın 13-də verdiyi açıqlamaya görə, lent və kəmərlər vasitəsilə onlarla plastik qab kişinin bədəninə bağlanıb.
Qablardan toplam 35 cavan tarantula, 285 bala tarantula, 110 qırxayaq və 9 güllə qarışqası çıxıb.
Fransa üzərindən Cənubi Koreyaya uçmağı planlaşdıran şəxs həbs edilib və ona qarşı cinayət işi açılıb. Tutulan heyvanların vəziyyəti ilə bağlı araşdırmalar davam edir.
Səlahiyyətlilər, tutulan heyvanların vətəni Perunun Amazon bölgəsi olduğunu və xüsusilə tarantulaların nəsli kəsilmək təhlükəsi altında olan növlər arasında olduğunu bildirib.